Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov sambo üzrə dünya çempionatına uğurla start verib.
Teleqraf.com xəbər verir ki, idmançımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 1/8 finaldan başlayıb. Döyüş sambosunda çıxış edən Abbasovun 82 kq çəki dərəcəsindəki ilk rəqibi Ermənistan samboçusu Davit Petrosyan olub.
Bu döyüşü yüksək səviyyədə keçirən Bəxtiyar Abbasov erməni rəqibini üzərində qələbə çalıb. Bu qələbə ilə samboçumuz 1/4 finala vəsiqə qazanıb.