11 Noyabr 00:01

Topaz Premyer Liqasının 11-ci turunda “Neftçi”-“Zirə” qarşılaşmasında "Neftçi"nin məşqçisi Füzuli Məmmədovla "Zirə" klubunun qapıçısı Anar Nəzirovun səhhətində problem yaranıb.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, 41 yaşlı F.Məmmədov evdə "Zirə" ilə keçirilən matçda komandasının 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb.

Həkimlər ona müdaxilə edib və F. Məmmədov ayağa qalxıb. Hadisədən sonra "Neftçi"nin prezidenti Kamran Quliyev dərhal özünü ehtiyat oyunçular skamyasına çatdırıb. Füzuli Məmmədovun yıxılma səbəbi hələ ki, məlum deyil.

33 yaşlı qolkiper A.Nəzirov isə "Neftçi" ilə matçın 70-ci dəqiqəsində rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşub.

Hadisədən sonra qolkiperin dili qatlanıb. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, xərəklə meydanı tərk edib. Qapıçının yerinə meydana Kamal Bayramov daxil olub. Hər iki klubun azarkeşləri A.Nəzirovu alqışlayıblar.


Müəllif: Teleqraf.com
Загрузка...