14 Noyabr 2018 08:14
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goal.com saytı 2018-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Luka Modriç ilk pillədə qərarlaşıb. Az səslə xorvat oyunçudan geridə qalan "Real"ın sabiq üzvü, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo ikinci, "Liverpul"un hücumçusu Məhəmməd Salah üçüncü olub. Kilian Mbappe dördüncü (Frans, PSJ),Lionel Messi (Argentina, "Barselona") beşinci pillədə yer alıb.

Qeyd edək ki, Goal.com-un versiyasına əsasən, bundan əvvəlki iki ildə Ronaldo ən yaxşı oyunçu seçilmişdi.

Xatırladaq ki, "Goal.com" hər il bu mükafatı verir. Qalib 42 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.


Müəllif: Teleqraf.com