"Yuventus”un hücumçusu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigeslə evlənməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı futbolçu 4-cü övladının anası olan Corcina ilə uzun müddətdir ki, bir yerdə yaşayır.
Cütlüyün toyunun yeri və vaxtı açıqlanmayıb.