17 Noyabr 2018 22:59
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirir.

Teleqraf.com xəbər verir ki, komandamız Farer adaları komandasını qəbul edir.

Oyunda artıq hesab açılıb. Azərbaycan yığmasının futbolçusu Dimitri Nazarov oyunun 18-ci dəqiqəsində rəqibin qapısına yol tapıb – 1:0.

***

Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.

Teleqraf.com xəbər verir ki, matçın 28-ci dəqiqəsində Mahir Mədətov hesabı 2:0-a çatdırıb.

***

Səfərdə bu rəqibinə 3 cavabsız qolla qalib gələn komandamız evdə də qələbəyə sevinib - 2:0.

Yığmamızın 1-ci yer uğrunda mübarizədə əsas rəqibi Kosovo isə səfərdə Maltanı darmadağın edib - 5:0.

17 noyabr

Millətlər Liqası

D Liqası, 3-cü qrup

21:00. Azərbaycan – Farer adaları - 2:0
Qol: Dmitri Nazarov, 18, Mahir Mədətov, 28
Hakimlər: Dimitrios Masias, Marios Kalogerou, Ioannis Lazarou, Omiros Tziortzis, Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr
Bakı Olimpiya Stadionu.

21:00. Malta - Kosovo - 0:5
Qol: Muriqi, 15, Kalolli, 70, Avdijaj, 78, 80, Raşica, 86


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər