Millətlər Liqasının turniri çərçivəsində Türkiyə İsveç yığmasını qəbul edib.
Teleqraf.com xəbər verir ki, oyunda yeganə qolu 71-ci dəqiqədə qonaqların kapitanı Qrankvist penalti zərbəsindən vurub.
İsveç 4 xalla qrupda ikinci yerdə, Türkiyə isə 3 xalla sonuncu pillədə qərarlaşıb.