19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.
Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıblar.
Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
3-cü tur
20 noyabr
17:00. Azərbaycan - Lixtenşteyn - 3:0
Qollar: M. Mahmudov, 14 (1:0), K. Quliyev, 64 (2:0), 69 (3:0)
Hakimlər: Erik Lambrexts, Karel De Rokker (hər ikisi Belçika), Giorgi Elikaşvili,
Aleko Aptsiauri (hər ikisi Gürcüstan)
17:00. İsrail - Gürcüstan - 1:1
Qollar: Z. Davitaşvili, 17 (0:1), E. Karzev, 42-penalti (1:1)