Çexiya Gənclər Liqasında 17-ci tura start verilib.
Teleqraf.com-un məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandası “Yablonets”i qəbul edib. Görüş "Slaviya"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. U-21 millimizin üzvü F.Nəbiyev bu görüşdə bir qol vurub. O, 26-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub.
F.Nəbiyev start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 20 xalla 10-cu pillədə qərarlaşıb.