Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbsdə saxlanılan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Səmədov tezliklə onların azadlığa çıxacaqlarına inandığını bildirib.
“Uşaqlar möhkəm olun. Əminəm ki, hər şey yaxşı olacaq və siz tezliklə bizimlə olacaqsınız. Uğurlar sizə uşaqlar”, - deyə futbolçu bildirib.
Qeyd edək ki, dekabrın 5-da Moskvanın Tver rayon məhkəməsi istintaqın vəsatətini təmin edərək A.Kokorin və P. Mamayevin həbs müddətinin uzadılması haqqında qərar çıxarıb. Onlar 2019-cu ilin 9 fevral tarixinədək həbsdə qalacaq.