Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” öz meydanında “Rostov”la qarşılaşıb.
Görüşün 80-ci dəqiqəsində meydana daxil olan Ramil cəmi 2 dəqiqə sonra sarı vərəqə alması ilə diqqət çəkib. Qonaqların futbolçsusu Raqnar Siqurdssonun topu bilərəkdən topdaşıyan uşağa vurması Ramili özündən çıxarıb və o islandiyalının üzərinə hücum çəkərək onu itələyib. Baş hakim Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.
Qeyd edək ki, matç “Krılya Sovetov”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.