İngiltərə Premyer Liqasının sonuncu turunda doğma meydanda "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edən "Liverpul"un kapitanı Stiven Cerard oyundan sonra göz yaşlarını saxlaya bilməyib.
Teleqraf.com xəbər verir ki, təcrübəli yarımmüdafiəçi çempionluq yolundakı vacib qələbəni ağlayaraq şərh edib:
"İndi nə deyəcəyimi bilmirəm. Çox həyacanlıyam. Qarşıda bizi 4 final matçı gözləyir. Düşünürəm ki, bu il çempionluğa necə layiq olduğumuzu bir daha sübuta yetirdik. İştirak etdiyim ən uzun oyun oldu. Hərdən mənə elə gəlirdi ki, saat tərsinə işləyir. Hələ ki, heç nə qazanmamışıq. Oyundan sonra komanda yoldaşlarıma nə dedim? Bu sizin işiniz deyil".