11 Dekabr 2018 07:38
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti" gənc yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır.

18 yaşlı oyunçu öz menecerinə klubda qalmaq istədiyini deyib. Mançester təmsilçisi futbolçu ilə 6 illik yeni sözləşmə barədə razılığa gəlib.

Qeyd edək ki, Foden “şəhərlilər”in yetirməsidir və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir."

\Qol.az\


Müəllif: Teleqraf.com