14 Dekabr 2018 07:19
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”la matçda (3:3) rəqib oyunçu Nikolas Taqliafikoya etdiyi hərəkətə görə üzr istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün rəsmi "Tvitter" hesabında yazıb: "Dünənki hadisəyə görə Nikolas Taqliafikodan üzr istəyirəm. Bu hərəkəti qəsdən etməmişdim. Ona tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, Müller matçın 75-ci dəqiqəsində N.Taqliafikonun başına ayaqla zərbə endirib. Alman futbolçu etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər