UEFA İtaliyanın "Milan" klubunu cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, buna klubun maliyyə ilə bağlı "fair-play" qaydalarına riayət etməməsi səbəb olub.
UEFA İtaliya təmsilçisini bu mövsüm üçün Avropa Liqasındakı gəlirdən - 12 milyon avrodan məhrum edib. Komanda növbəti iki mövsümdə avrokuboklarda 21 futbolçu sifariş verə biləcək. "Milan" 2021-ci il iyunun 30-dək problemi həll etməsə, 2022-2023-cü və 2023-2024-cü mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Milan" cari mövsüm Avropa Liqasının F qrupunda Yunanıstanın "Olimpiakos" klubuna 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.