Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, "Qəbələ" doğma meydanda "Sabah"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qol 45-ci dəqiqədə vurulub. "Sabah"ın heyətində Filip İvanoviç avtoqol müəllifi olub. Komandalar arasındakı cavab oyunu dekabrın 20-də olacaq.
\