17 Dekabr 2018 07:22
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasında təşkil olunan “Grand Slam” (“Böyük Dəbilqə”) seriyaları başa çatıb.

Teleqraf.com xəbər verir ki, Olimpiya çəki dərəcələrində keçirilən turnirdə millimizin iki üzvü mübarizə aparıb.

+80 kq çəki dərəcəsində turnirə qatılan Radik İsayev ilk döyüşündə məğlub olsa da, komanda yoldaşı Milad Beiqi Hərçəqani (-80 kq) yarımfinala kimi irəliləməyi bacarıb. Belə ki, dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad rəqibləri - britaniyalı Deymon Sansuma, çinli Jiannan Huanqa qalib gəlsə də, Koreya təmsilçisi Hvan Nam Qonqa məğlub olub.

Bürünc medal uğrunda isə Çin taekvondoçusu Linqlonq Çenə şans verməyən idmançımız yarışı üçüncü pillədə başa vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər