Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Göztəpə” öz meydanında “Bursaspor”u sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.
Turun mərkəzi görüşündə “Qalatasaray” turnir cədvəlinin vahid lideri olan “Başakşəhər”lə qarşılaşıb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri oyundan 1 xalla ayrılıblar. "Rizəspor" - "Alanyaspor" oyununda da qalib müəyyənləşib. "Sivasspor" doğma meydanda "Ankaragücü"nü darmadağın edib. "Konyaspor" isə "Kasımpaşa" üzərində qələbəyə sevinib.
Turun maraqla gözlənilən digər qarşılaşmasında “Beşiktaş” öz meydanında “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.
Son oyunda "Fənərbaxça" doğma meydanda "Ərzurumspor"la üz-üzə gəlib. İstanbul klubu ilk yarıda 2:0 önə keçməsinə baxmayaraq, qalan dəqiqələrdə 2 qol buraxmaqla qələbəni əldən verib.