18 Dekabr 2018 10:42
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyib.

Məlumata görə, 40 yaşlı mütəxəssis imtahandan kəsilib. Onunla yanaşı Baba Əsgərov da imtahanı uğurla verə bilməyib.

Qeyd edək ki, bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş 9 mütəxəssisə müvafiq diplom və sertifikatlar təqdim olunub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər