19 Dekabr 2018 20:15
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən cavab görüşündə insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sumqayıtda "Kapital Bank Arena"dakı oyunun 43-cü dəqiqəsində qonaqlar hesabı açdıqdan sonra yaşanıb. Meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən "Neftçi"nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar. Onlar "Neftçi" azarkeşlərinin yer aldığı tribunaya yerləşdiriliblər.

Qeyd edək ki, ilk hissədən sonra "Neftçi" 1:0 hesabı ilə öndədir. Yeganə qolu Namiq Ələsgərov vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər