PSJ-nin kapitanı Tiaqo Silvanın evindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə şənbə günü - Paris klubunun "Nant"la çempionat oyunu (1:0) vaxtı baş verib. Evə daxil olan naməlum şəxslər təxminən 600 min avroluq qızıl-zinət əşyaları və digər bahalı aksesuarlar aparıblar. Braziliyalı futbolçuya ümumilikdə 1 milyon avroluq ziyan dəyib.
Qeyd edək ki, ötən ay PSJ-nin digər müdafiəçisi Erik Maksim Şupo-Motinqin evi qarət olunmuşdu.