Qış fasiləsinə yollanan Topaz Premyer Liqa klublarının bəziləri artıq transferlərə başlayıblar.
Ölkə çempionatının lideri "Neftçi" iki legioner futbolçu alıb, bir yerli oyunçu ilə də yollarını ayırıb.
Son çempion "Qarabağ" isə sabiq hücumçusu Reynado Silvanı qaytarıb. Debütant "Sabah" bir yerli futbolçu transfer edib, altı oyunçunu klubdan göndərib.
"Keşlə" də artıq 4 futbolçu ilə yollarını ayırıb.
"Sumqayıt" isə hələlik 1 futbolçu ilə vidalaşıb.
“Neftçi”
Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya)
Gedən: Rəşad Eyubov ("Sabah")
Müqavilə müddətini artıran: Yoxdur
“Qarabağ”
Gələn: Reynaldo Silva ("Aktobe", Qazaxıstan)
Gedən: Yoxdur
Müqavilə müddətini artıran: Yoxdur
"Səbail"
Gələn: Yoxdur
Gedən: Edqar Paçeko
Müqavilə müddətini artıran: Yoxdur
“Sabah”
Gələn: Rəşad Eyubov ("Neftçi")
Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov, Ülvi İbazadə
Müqavilə müddətini artıran: Yoxdur
“Qəbələ”
Gələn: Yoxdur
Gedən: Yoxdur
Müqavilə müddətini artıran: Yoxdur
“Sumqayıt”
Gələn: Yoxdur
Gedən: Orxan Əliyev
Müqavilə müddətini artıran: Yoxdur
“Keşlə”
Gələn: Yoxdur
Gedənlər: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis
Müqavilə müddətini artıran: Yoxdur
“Zirə”
Gələn: Yoxdur
Gedən: Yoxdur
Müqavilə müddətini artıran: Yoxdur
/Qol.az/