26 Dekabr 2018 00:57
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il üçün Milli Antidopinq Proqramı çərçivəsində ümumilikdə 817 test keçirilib. Halbuki 2017-ci ildə bu rəqəm 402 olub.

Milli Antidopinq Agentliyindən Teleqraf.com-a verilən xəbərə görə, 2018-ci ildə götürülmüş testlərdən 445-i yarışdan kənar müddətdə, 372-si yarış müddətində olub.

Əlavə olaraq, 44 idmançıdan bioloji pasport üçün qan toplanıb.

Beynəlxalq federasiyalar tərəfindən verilmiş sifarişlərə əsasən, 2018-ci ildə ümumi 101 test sifariş edilib. Bunlardan 67-si yarışma müddətində, 34-ü yarışmadan kənar təşkil edib. 2017-ci illə müqayisədə sifarişlərin sayı azalıb. Çünki ötən il sifarişlər 207 dəfə olub.

Bütün bu testlərin keçirilməsi üçün 162 missiya tələb olunub. Bu missiyalar 817 test, 543 idmançı və 21 idman növünü əhatə edib. Ötən il həyata keçirilmiş missiya sayı isə 93 olub.

2018-ci il üzrə antidopinq qayda pozuntuları üzrə güləş 12, taekvondo yeddi, boks beş, cüdo üç, ağır atletika iki, velosiped idmanı iki, voleybol iki və atletika üzrə bir qeyri-əlverişli analiz nəticəsi aşkarlanıb. Əlavə olaraq, ağır atletikada bir atipik nəticə üzə çıxıb.

İl ərzində dopinq nəzarətindən imtina bir dəfə, məkan məlumatı pozuntusu halları isə səkkiz dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. İdmançılarda qadağan olunmuş maddələrdən 13 dəfə anabolik stereoidlər, on dəfə diuretiklər və maskalama vəsaiti, beş dəfə hormonlar və metabolizm modulyatorları, üç dəfə stimulyantlar, iki dəfə qlükokortikoidlər, bir dəfə narkotik vasitə və bir dəfə peptid aşkarlanıb.

Dopinq tapılmış idmançıların 25 faizini azyaşlı təşkil edib. Ümumilikdə 2018-ci ildə 35 antidopinq qayda pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb.

Bu il bu idman növlərindən testlər götürülüb: güləş (16,8%), futbol (14,9%), velosiped idmanı (11,2%), boks (10,2%), taekvondo (8,3%), cüdo (8%), ağır atletika (7,3%), atletika (5,3%), karate (4,7%), həndbol (2,7%), üzgüçülük (2,1%), voleybol (2%), basketbol (1,5%), triatlon (1,2%), stolüstü tennis, gimnastika (hər ikisi 1,1%), kanoe, bodibildinq, avarçəkmə (hər üçü 0,4%), tennis (0,2%), xizəksürmə (0,1%).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər