"Beşiktaş" baş məşqçisi Şenol Güneşlə yeni müqavilə imzalamağa qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Klub rəhbərliyi bugünkü iclasda türk mütəxəssislə 2019-cu ilin mayında başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı təklif hazırlanması qərarına gəlib.
Qeyd edək ki, Ş.Güneşin təklifi qəbul edib-etməyəcəyi bəlli deyil.