UEFA keçirdiyi bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu, Hollandiya millisinin və İngiltərənin “Çelsi” klubunun hücumçusu Dayşon Redandı.
17 yaşlı Reda il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb.