“Real”da 2018-ci ildə ən çox qol vuran futbolçular bəlli olub.
Teleqraf.com xəbər verir ki, bombardirlər siyahısına Madrid klubunun sabiq hücumçusu Kriştiano Ronaldo başçılıq edir.
Bu iilin iyul ayında “Yuventus”a keçən portuqaliyalı futbolçunun aktivində 28 qol var. İkinci yerdə Qaret Beyldir. Uelsli hücumçu başa çatmaqda olan ildə 27 dəfə fərqlənib. Kərim Benzema 18 qolla 3-cüdür.
Qeyd edək ki, 33 yaşlı Ronaldo İtaliya A Seriyasında da bombardirlər yarışında birincidir. O, 13 dəfə rəqib qapılarına yol tapıb.