11 Yanvar 2019 08:42
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldodan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, polis Ronaldonu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.

Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.


Müəllif: Teleqraf.com