12 Yanvar 2019 22:14
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün Türkiyədəki qış təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Botoşani” klubu ilə yoxlama oyunu keçirməli idi.

Teleqraf.com xəbər verir ki, Antalyada bir neçə gündü davam edən güclü yağışa görə, bu bölgədə keçirilməsi nəzərdə tutulan digər matçlar kimi, bu qarşılaşma da ləğv olunub. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, belə olan halda “Qarabağ”ın ilk sınaq matçı yanvarın 16-da Macarıstanın “Uypeşt” klubuna qarşı olacaq.


Müəllif: Teleqraf.com