13 Yanvar 2019 13:44
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Tallin şəhərində keçirilən Paul Keres memorialında uğurla çıxış edib.

Teleqraf.com xəbər verir ki, 11 ölkədən 88 şahmatçının qatıldığı turnirdə Qədir Hüseynov keçirdiyi 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə blits turnirini birinci yerdə başa vurub.

Memorial çərçivəsində keçirilən rapid yarışında 7 oyunda 6 xal yığan şahmatçımız üçüncü yeri tutub.


Müəllif: Teleqraf.com