15 Yanvar 2019 18:39
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldo İngiltərənin Çeşir qraflığındakı malikanəsini satıb.

Teleqraf.com xəbər verir ki, 34 yaşlı hücumçu satışdan 3,25 milyon funt sterlinq əldə edib.
Ronaldo bu evi 2008-ci ildə 3,9 milyon funt sterlinqə alıb.

Futbolçu İspaniyaya köçmədən əvvəl bu evdə bir ildən az müddətdə yaşayıb.

Qeyd edək ki, 2009-cu ildə Ronaldu “Mançester Yunayted”dən “Real Madrid”ə, ötən il isə “Yuventus”a transfer olunub.


Müəllif: Teleqraf.com