16 Yanvar 2019 20:59
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"dan Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna transfer olan Qarri Rodriges meydançaya çıxmadan qırmızı vərəqə alıb.

Teleqraf.com xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kral Kuboku matçında "Əl Vaşm"la görüşün 56-cı dəqiqəsində hakimə sərt şəkildə etiraz edib və ikinci sarı vərəqəni alaraq texniki zonadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Əl İttihad" Qarri Rodriges üçün "Qalatasaray"a 10,25 milyon dollar ödəyib. O, yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb.


Müəllif: Teleqraf.com