16 Yanvar 2019 21:30
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşıb və minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, "Qarabağ" əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.

Xatırladaq ki, Qurban Qurbanovun komandası "Uypeşt"lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla üz-üzə gələcək.

Yoxlama oyunu

16 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) - "Uypeşt" (Macarıstan) - 0:1
Qol: Novothnu, 18


Müəllif: Teleqraf.com