20 Yanvar 2019 00:30
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi-2” təlim-məşq toplanışını davam etdirir.

Teleqraf.com xəbər verir ki, hər gün klubun bazasında məşq edən paytaxt təmsilçisinin əvəzediciləri bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçiriblər.

Sözügedən komanda "Səbail-2”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna Ülvi İbazadə imza atıb.

Qeyd edək ki, ilk sınaq matçında MOİK-ə 3:1 hesabı ilə qalib gələn "Neftçi-2” hazırlıq çərçivəsində daha 2 yoxlama oyunu keçirməyi planlaşdırır.


Müəllif: Teleqraf.com