22 Yanvar 2019 00:59
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın “Krasnodar-3” komandası ilə keçirilməli olan yoxlama oyunu sabah keçiriləcək.


Müəllif: Teleqraf.com