“Yuventus” İtaliya A Seriyasının 20-ci turunda öz meydanında “Kyevo”nu məğlub edib (3:0).
Teleqraf.com xəbər verir ki, Kriştiano Ronaldo 53-cü dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Bununla da, portuqaliyalı futbolçu karyerası ərzində 25-ci dəfə qapıçıyla dueldən məğlub ayrılıb.
Ronaldo qaçırılan penalti vuruşlarının sayında “Barselona”nın futbolçusu Lionel Messiyə çatıb. Argentinalı hücumçu da 25 dəfə penalti vuruşunu qola çevirə bilməyib.
Ronaldo həm də, “Yuventus”un heyətində ilk dəfə penalti vuruşunu qola çevirə bilməyib. O, bundan əvvəl Turin təmsilçisində 4 dəfə penalti zərbəsindən fərqlənib.