23 Yanvar 2019 09:32
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Teleqraf.com Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadla xəbər verir ki, bunlar güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayevdir.

Bütün idmançılardan alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib.

Cəlal Süleymanov diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə də sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.

Umar İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanacaq.

Qadir Mustafayevin də cəzası 48 aydır. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.

AMADA bunadək dopinqdən istifadəyə görə 39 idmançıya sanksiya tətbiq edib.


Müəllif: Teleqraf.com