13 Fevral 2019 00:13
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.

Teleqraf.com xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbağça" klubu Rusiya "Zenit"ini qəbul edib. İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub. Qonaqlar 44-cü dəqiqədə hesabı bərabərləşdirmək imkanı əldə ediblər. Lakin Robert Mak penaltidən yararlana bilməyib. Onun zərbəsini "Fənər"in qapıçısı Harun Tekin dəf edib.

Bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda keçiriləcək.

Avropa Liqası

1/16 final, ilk oyun

12 fevral

21:55. "Fənərbağça" (Türkiyə) - "Zenit" (Rusiya) - 1:0 (İKİNCİ HİSSƏ)

Qol: İslam Slimani, 21

Dəqiq yerinə yetirilməyən penalti: Robert Mak, 44 ("Zenit")

Qeyd edək ki, 1/16 final mərhələsinin digər ilk qarşılaşmaları fevralın 14-də olacaq.


Müəllif: Teleqraf.com