14 Fevral 2019 23:16
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, millimiz İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı poker edib. Yığmamızın digər qollarını isə İdris İnqilablı və Kamran Quliyev vurub.

Qeyd edək ki, Vüqar Məmmədin komandası ilk yoxlama görüşündə ispaniyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.


Müəllif: Teleqraf.com