Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Səfərdə “Kuinz Park Reyncers” üzərində minimal hesablı qələbəyə sevinən “Uotford” ilk 1/4 finalçı olub.
Şənbə günü daha üç görüş baş tutub. “Brayton” doğma meydanda “Derbi Kaunti” üzərində qələbə ilə mərhələ adlayıb. “Milluoll” səfərdə “Uimbldon” səddini tək qolla keçib. “Nyuport Kaunti” ilə qarşılaşan “Mançester Siti” isə darmadağınla 1/4 finala yüksəlib.
Mərhələnin ən maraqlı görüşlərindən biri “Çelsi” və “Mançester Yunayted” arasında baş tutacaq.