İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Kevin-Prins Boatenqin evi qarət olunub.
Teleqraf.com xəbər verir ki, hadisə ötən gün La Liqanın 24-cü turu çərçivəsində keçirilən "Barselona" - "Valyadolid" oyunu (1:0) zamanı baş verib. Naməlum şəxslər təxminən 300 min avro dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıblar.
Qeyd edək ki, Boatenq "Barselona"ya bu qış fasiləsində "Sassuolo"dan keçib.