İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Sami Xedira əməliyyat olunub və o, bu yaxınlarda keçiriləcək oyunlarda komanda yoldaşlarına yardım edə bilməyəcək. Bu barədə Turin klubunun mətbuat xidməti bildirib.
Bu yaxınlarda 31 yaşlı futbolçunun ürəyində problemlər yaranıb. S.Xedira bu gün müvəffəqiyyətlə əməliyyat olunub. Yarımmüdafiəçinin komandaya yenidən qatılmasına bir ayadək vaxt tələb olunacaq.
Cari mövsümdə Xedira müxtəlif zədələr ucbatından İtaliya “A” Seriyasının yalnız 9 oyununda iştirak edərək, aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Bu gün “Yuventus”u Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə “Atletiko” ilə oyun gözləyir. Matç Madridin “Vanda Metropolitano” stadionunda, cavab oyunu isə martın 12-də Turində keçiriləcək.