Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.
Teleqraf.com UEFA-nın saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Leroy Sanenin 1/8 finalda səfərdə "Şalke"yə cərimə zərbəsindən vurduğu qol həftənin ən yaxşısı seçilib.
Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.