23 Fevral 2019 09:21
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyan Martin Şkrtel Slovakiya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə qərarını sosial şəbəkə hesabında məlumat yayıb.

34 yaşlı mərkəz müdafiəçisi bir daha millinin formasını geyinməyəcəyini bəyan edib.

Qeyd edək ki, Şkrtel 2004-cü ildən formasını geyindiyi Slovakiya yığmasında 103 oyuna çıxıb, 6 qola imza atıb.

2008-2016-cı illər aralığında “Liverpul”da çıxış etmiş Martin, “Fənərbaxça”ya da məhz İngiltərə klubundan transfer olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər