"Bakı 2019: Ulduzlar finalı"na qatılacaq məşhur futbolçulardan daha birinin adı bəlli olub.
Teleqraf.com AFFA-yaistinadən xəbər verir ki, həmin şəxs Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Hamit Altıntopdur.
Qeyd edək ki, o, əvvəllər Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və Türkiyənin "Qalatasaray" komandalarının formasını geyinib.
Onu da qeyd edək ki, “Bakı 2019 – Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma bu gün saat 11:00-da Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında keçiriləcək.
Bu matçın iştirakçıları meydana “Qərb ulduzları” və “Şərq ulduzları” adlı komandalarla çıxacaq.