3 Mart 2019 20:58
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda yaxaladı və qol vurdu”.

Qol.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 19-cu turunda bu gün "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı komandasındakı problemlərdən danışıb:"Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz vardı. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq.

Əsas problemlərimiz arxaya, xüsusən də qapıçıya ötürmə etməklə bağlıdır. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki, alınmır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər