7 Mart 2019 00:09
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Lester" futbol klubunun baş məşqçisi Brendan Rodcersin evi qarət olunub.

Teleqraf.com xəbər verir ki, 46 yaşlı mütəxəssisin Şotlandiyanın Qlazqo şəhərindəki mənzilindən soyğunçular bir neçə qiymətli əşya aparıblar.

Hadisə ingiltərəli məşqçinin "Seltik" klubunu tərk etməsindən bir həftə sonra baş verib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Brendan Rodcers 2016-cı ildən 2019-cu ilə qədər "Seltik"ə rəhbərlik edib. O, fevralın sonunda "Lester"in baş məşqçisi təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər