10 Mart 2019 11:54
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu komandanın lideri Leo Messiyə yeni müqavilə təklif olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, klub prezidenti bildirib ki, argentinalı futbolçunun sözləşməsinin müddətini uzatmaq istəyirlər:

"Leonun müqaviləsi 2021-ci ilin yayına qədərdir. Biz müddəti ən azı 1 il artırmaq istəyirik. O, indi həmişəkindən daha güclüdür. Messinin yeni titullar qazanmaq üçün ambissiyaları var".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər