17 Mart 2019 00:12
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundesliqasında 26-cı tura start verilib.

Teleqraf.com xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. Açılış oyununda “Borussiya” (Münhenqladbax) “Frayburq”u qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Şənbə günü beş oyun baş tutub. “Ştutqart” – “Hoffenhaym” matçında qalib müəyyənləşməyib. “Auqsburq” “Hannover”i, “Volfsburq” “Fortuna”nı məğlub yola salıb. “Şalke” evdə “Leyptsiq”ə minimal hesabla uduzub. Səfərdə “Herta” ilə üz-üzə gələn Dortmund “Borussiya”sı bu oyundan çətin qələbə ilə ayrılıb.

Bu turda “Bavariya” “Maynts”ı sınağa çəkəcək.

Almaniya Bundesliqası, 26-cı tur

15 mart

Borussiya M – Frayburq 1:1
Qol: Plea, 16 – Qrifo, 10.

16 mart

Auqsburq – Hannover 3:1
Qol: Kordova, 65. Şmid, 78. A.Han, 86 – Veydandt, 8.

Şalke – Leyptsiq 0:1
Qol: Verner, 14.

Ştutqart – Hoffenhaym 1:1
Qol: Zuber, 66 – Kramariç, 42.

Volfsburq – Fortuna 5:2
Qol: A.Mehmedi, 34. Veqorst, 54; 59; 88. Knoxe, 57 – K.Ayhan, 30. Raman, 65.

Herta – Borussiya D 2:3
Qol: Kalu, 4; 35-pen – Dileyni, 14. Zaqadu, 47. Roys, 90.

17 mart

16:30 Bayer – Verder
18:30 Ayntraxt – Nürnberq
21:00 Bavariya – Maynts


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər