17 Mart 2019 14:31
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taekvondo üzrə Azərbaycan millisi "Belgium Open"də çıxışını başa vurub.

Teleqraf.com-un məlumatına görə, Lommel şəhərində keçirilən G2 kateqoriyalı turnirində yığmamız 3 qızıl və 1 gümüş medala sahib olub.

Belə ki, Qaşım Maqomedov (54 kq), Cavab Ağayev (63 kq) və Milad Beiqi Harçeqani (80 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, çempion tituluna yiyələniblər. Ayxan Tağızadə (74 kq) isə finalda məğlub olub və ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışa 69 ölkədən 1272 taekvondoçu qatılıb.


Müəllif: Teleqraf.com