18 Mart 2019 01:15
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Superliqasında 26-cı tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, turun son oyununda "Qalatasaray" səfərdə "Bursaspor"un qonağı olub. Matça sürətli başlayan meydan sahibləri 16 və 42-ci dəqiqələrdə vurduğu qollarla hesabda önə çıxıblar. Buna baxmayaraq, "sarı-qırmızılılar" oyunda geridönüş edə biliblər. İlk hissədə 1, ikinci yarıda isə 2 qol vuran İstanbul klubu əzmkar qələbə qazanıb.

17 mart

"Bursaspor" - "Qalatasaray" - 2:3
Qollar: D. Sako, 16 (1:0), H. Saviet, 42 (2:0), B. Ndiaye, (45), M. Dian, 56-penalti (2:2), S. Fequli, 63 (2:3)

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 52-yə yüksəldən "Qalatsaray" 2-ci sıradakı mövqeyini möhkəmlətməklə yanaşı, lider "Başakşəhər"ə (58 xal) də yaxınlaşıb. "Bursaspor" isə 28 xalla 15-ci pillədə qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər