Azərbaycan milli komandası 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında S2 kateqoriyasında birinci oldu.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışları başa çatıb.
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə bu yarışlarda təmsil olunan Offroad milli komandamız-pilot Azər Abıyev və şturman Vaxtanq Sakhokia S2 kateqoriyasında 1-ci yeri, ümumi kateqoriya yarışlarda isə ikinci yeri tutub.
Xatırladaq ki, avqustun 30-31-də keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistandan 100-ə qədər idmançı iştirak edib.